Şarapova: İtaliyanı ikinci evim hesab edirdimbackend

Şarapova: İtaliyanı ikinci evim hesab edirdim

Rusiyalı tennisçi Mariya Şarapova İtaliyaya münasibətindən danışıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Essentially Sports” nəşri yayıb.

Qeyd etmək lazımdır ki, bu ölkə hazırda koronavirusa yoluxanların sayına görə Avropada birinci yerdədir.

“İtaliya ilə çox gənc ikən tanış oldum … Dərhal ona aşiq oldum. Ona aşiq olmamaq çətindir. 2019-cu ildə məşqimin çox hissəsini İtaliyada keçirdim və onu ikinci evim hesab etdim.

Çətin sınaqlardan keçəndə gəlin hər şeyi yaxşılıqla və sevgi ilə edək. İtaliyanın mənimlə bölüşdüyü bu gözəl keyfiyyətlərə sahib olaq” deyə Şarapova bildirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*