Saratovda Ukrayna PUA-sı vuruldu: Ölən və yaralananlar varbackend

Saratovda Ukrayna PUA-sı vuruldu: Ölən və yaralananlar var

Rusiya Aerokosmik Qüvvələri Saratov vilayətindəki “Engels” hərbi aerodromunun üzərində Ukrayna PUA-sını vurub.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dronun qalıqlarının düşməsi nəticəsində üç nəfər həlak olub.

“Dekabrın 26-da Moskva vaxtı ilə saat 01:35 radələrində hava hücumundan müdafiə (HHM) sistemləri Ukraynaya məxsus pilotsuz uçuş aparatını Saratov vilayətindəki “Engels” hərbi aerodromuna yaxınlaşarkən aşağı hündürlükdə vurub. Dronun qalıqlarının düşməsi nəticəsində aerodromda olan 3 rusiyalı hərbçi ölüb. Aviasiya texnikasına ziyan dəyməyib”, – nazirlikdən bildirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*