Abşeron rayonunda faciəvi hadisə baş verib.
KONKRET.az report-a istinadən zəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.
Belə ki, azyaşlı uşaq binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

