Saraydan Makronla bağlı AÇIQLAMA: “Yayılan kokain görüntüləri…”backend

Saraydan Makronla bağlı AÇIQLAMA: "Yayılan kokain görüntüləri..."

Fransa Prezidenti Emmanuel Makronun və digər Avropa liderlərinin guya narkotik vasitələrdən istifadə etdiyinə dair sosial şəbəkələrdə yayılan iddialar Parisdə narahatlıqla qarşılanıb. Yelisey sarayı yayılan bu məlumatları “Fransaya qarşı düşmən təbliğatının tərkib hissəsi” adlandırıb.

KONKRET.az xəbər verir ki, prezident administrasiyası yayılan “kokain şayiələrini” qətiyyətlə rədd edib və bu cür dezinformasiyanı yayanları Fransanın düşmənləri kimi qiymətləndirib. Rəsmi bəyanatda belə təxribatların məqsədli xarakter daşıdığı və Avropa liderlərinin nüfuzuna xələl gətirməyə yönəldiyi vurğulanıb.

Bəyanatdan dərhal sonra sosial şəbəkələrdə “Soplivıy Makron” (Burunaxan Makron) başlıqlı video sürətlə yayılmağa başlayıb və qısa müddətdə minlərlə istifadəçi tərəfindən paylaşılaraq viral olub. Videoda Fransa prezidentinin qeyri-adi davranışları sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.

Rəsmi Paris isə bunun qərəzli informasiya kampaniyasının bir hissəsi olduğunu bildirərək, ictimaiyyəti dezinformasiyalara qarşı ayıq olmağa çağırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*