Yerevanın ümumi yurisdiksiya məhkəməsi eks-prezident Serj Sarkisyanın Çexiyadan silah və narkotik maddə saxlama, habelə digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə Ermənistana ekstradisiya edilən qardaşı oğlu Narek Sarkisyanın həbsinə qərar verib.
KONKRET.az TASS-a istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
“Yerevanın ümumi yurisdiksiya məhkəməsi Baş prokurorun vəsatətini təmin etdi və Narek Sarkisyanın həbsinə qərar verdi”, – qurumdan bildirilib.
Qeyd edək ki, Çexiya hüquq-mühafizə orqanları dekabrın 21-də Narek Sarkisyanı Ermənistana təhvil verib. O, 5 iyul 2018-ci ildə silah və narkotik maddə saxlamaq, habelə digər şəxslərin əmlakını mənimsəmə ittihamı ilə axtarışa verilib.