“Sasna Tsrer” Azadlıq Meydanına “sifariş verdi”, amma mitinq keçirmədi – Hraparkbackend

"Sasna Tsrer" Azadlıq Meydanına "sifariş verdi", amma mitinq keçirmədi - Hrapark

Yerevan meriyasının saytında bildirilib ki, Ümumermənistan partiyası olan “Sasna Tsrer”in üzvü Armen Lusinyan fevral ayının 1-dən, martın sonuna qədər ölkənin Azadlıq Meydanında mitinq və yürüşlır keçiriləcəyini açıqlayıb.

KONKRET.az bu barədə Ermənistanın “Hraparak” qəzetinə istinadən xəbər verir. Mövzunu araşdıran qəzet yazır: “Bu gün Opera teatrının qarşısındakı ərazi rusofil qrupunun üzvlərindən olan, “Konstitusiya hüququ” partiyasının rəhbəri Hayk Babuxanyan tərəfindən bron edildi. Bəzi məlumatlara görə, Armen Lusinyan 20 fevral tarixində yürüşlər keçirmək haqda bildirişlər də göndərib. Lakin nəticədə “Vətəni Qorumaq” hərəkatı ilə danışıqlar baş tutmayıb. Qəzetin yazdığına görə, bu günə qədər bir dəfə də olsun “Sasna Tsrer” in mitinq keçirmək cəhdi alınmayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*