SİM kartların aktivləşdirilməsi yalnız Daxili İşlər Nazirliyinin təsdiqindən sonra tələb oluna bilər.
KONKRET.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Daxili İşlər Nazirlikləri bazar iştirakçıları ilə bu ideyanı müzakirə edir.
Qəzet yazır ki, məsələ satılan SİM kartların yalnız polis abunəçilərin pasport məlumatlarını yoxladıqdan sonra aktivləşdirməsidir ki, bu da təxminən 2 gün çəkə bilər. Hakimiyyət bu təşəbbüsü fırıldaqçılara qarşı mübarizə kimi izah edir.
İndi alqoritm belədir: SİM kartlar dərhal aktivləşdirilir və operatorlar bir ay ərzində öz məlumat bazasını Daxili İşlər Nazirliyində yoxlayırlar. Bazar iştirakçıları Rəqəmsal İnkişaf Nazirliyinin ideyasına qarşıdırlar – onlar hesab edirlər ki, bu cür sərtləşdirmə yalnız “boz” SİM kartların sayının artmasına səbəb olacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az