Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdıbackend

Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri avqustun 23-də başa çatıb.

KONKRET.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*