Saxta 100 manat verdi – Polis axtarırbackend

Saxta 100 manat verdi - Polis axtarır

Gəncədə polis yanacaqdoldurma məntəqəsində operator vəzifəsində işləyən şəxsə saxta yüz manatlıq əskinas verən şəxsi axtarır.

KONKRET.az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, şəhərin Nizami prosspektində yerləşən yanacaqdoldurma məntəqəsində operator vəzifəsində çalışan Abbasov Rauf Ramiz oğlu polisə müraciət edərək bildirib ki, dünən gecə saat 01:30-da naməlum avtomobillə gələn şəxs ona yanacaq doldurması üçün yüz manat verib.

Bir müddət sonra verilən pulun saxta olduğu məlum olub.

Hazırda faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma başlanılıb.

Saxta əskinası dövriyyəyə buraxan şəxsin kimliyi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*