Saxta bankirlər 750 milyonluq fırıldaqla ələ keçdilərbackend

Saxta bankirlər 750 milyonluq fırıldaqla ələ keçdilər

Moskva polisi FTX ilə birlikdə xaricə qanunsuz olaraq 750 milyon rubl (təxminən 12 milyon dollar) keçirən bir qrup saxta bankirin fəaliyyətinə mane olub. KONKRET.az bildirir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bəyanat yayıb.

Güman olunan təşkilatçı Asiya dövlətlərindən birinin 37 yaşlı vətəndaşı olub. O hazırda ev dustağıdır. Faktla bağlı cinayət işi açılıb.

Təhqiqatın məlumatına görə, qrupun üzvləri xarici ticarət müqavilələrinin icrası adı altında pulu qeyri-rezidentlərin hesablarına köçürürmüşlər. Bu zaman onlar əllərində olan uydurma firmaların rekvizitlərindən istifadə edirlərmiş, banklara isə saxta sənədlər göstərirlərmiş.

Moskva bölgəsində aparılan 12 axtarış zamanı qrup üzvlərinə məxsus hazırda mövcud olmayan təşkilatların çox sayda ştamp və möhürlər, Bank-Müştəri sisteminin açarları və digər sübutlar ələ keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*