“Saxta hər zad olur, amma qazi olmur” – Qarabağ qazisi bərk ƏSƏBİLƏŞDİbackend

“Saxta hər zad olur, amma qazi olmur” – Qarabağ qazisi bərk ƏSƏBİLƏŞDİ

“Saxta qazi olmur, cənablar! Saxta hər zad olur, amma Qazi olmur! Bunu unutmayın”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Qarabağ qazisi Rey Kərimoğlu səsləndirib. O bir neçə gün öncə Qarabağ qazisinin həkim qadına əl qaldırmasına belə münasibət bildirib: “Qadına əl qaldırmaq olmaz, böyük günah edib, səhv edib! Qınayırıq onun bu əməlini! Kimsə də o qaziyə haqq qazandıra bilməz! Bir sözlə o əməlinə bəraət yoxdur! Cəzasın da alsın! Amma məsələ araşdırılsın, sonra cəza verilsin! Amma adama “döyüşməyib”, “Saxta qazidir” deməyin”.

Rey Kərimoğlu əlavə edib ki, “Qarabağ qaziləri” birliyi qadına əl qaldıran döyüşçü haqqında ilkin araşdırma aparıb: “O şəxs “Qarabağ qaziləri” birliyinin üzvü deyil. Amma məlum olub ki, o həqiqətən də qazidir. Nə olsun ki, qolu, ayağı, gözü yerindədir. Bəyəm əlillik elə bu 3 şeyə görə verilir? Xeyr. Mustafayev Şəmail 703 saylı hərbi hissənin tərkibində Ağdərə istiqmətində döyüşüb, rabitə xidməti rəisi olub. Olduğu ərazi, ştab düşmənin bombardmanına məruz qalıb, yanında şəhidlər olub. Ağır yaralanıb, kontuziya alıb… Hələ illər əvvəl ordumuzun düşməni Nəcməddinlə dalaşıb, bunu ordudan tərxis ediblər, 2016-cı il aprel döyüşlərindən sonra müdafiə naziri Zakir Həsənovla görüşüb, öz sahəsi üzrə mütəxəsis (təlimatçı) kimi orduya qaytarılıb. Görünür, səhətində problemlər yaranıb, ona görə də bir neçə il əvvəl müraciət edib və əlillik dərəcəsi alıb. Adam döyüşüb, yaralanıb! Ona şər atmayaq”.

Rey Kərimoğlu: “İndiki ödənişlər qazilərin ehtiyaclarının 10 faizini ödəyir” – Basta2.com

Qarabağ qazisinin sözlərinə görə, Sahil Babayev nazir təyin olunandan sonra, sözügedən qurumda yaxşı işlər görüb, amma o da, nazirlik də nöqsansız deyil: “Problemi odur ki, inandığı adamlar dediklərimizi, narazılıqlarımızı ona doğru, düzgün çatdırmır. Ya da, ümumiyyətlə, çatdırmırlar. Bu da ciddi fəsadlar yaradacaq! Nazirin özü ilə görüşə bilmirik. Saxtalıq son 5 ildə əlillər haqqında qəbul edilən yarıtmaz qanun və qərarlardır. Bundan danışın. Bu qərar və qanunu imzalamış adamlardır saxta. Komissiyada qazilərə baxılanda xanımları qoymayın komissiyaya”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*