Saxta içki 53 nəfərin həyatına son qoydubackend

Saxta içki 53 nəfərin həyatına son qoydu

Hindistanın cənubundakı Tamil Nadu ştatında saxta spirtli içkidən ölənlərin sayı 53-ə çatıb.

KONKRET.az xəbər verir ki, dövlət rəsmisi MS Prasanth, Kallakuriçi rayonunda təxminən 190 nəfərin saxta içkiyə görə müxtəlif xəstəxanalarda müalicə olunduğunu bildirib. Prasanth, saxta spirt səbəbiylə həyatını itirənlərin artacağını açıqlayıb.

Faktla bağlı aparılan araşdırmalar çərçivəsində polis əməkdaşları tərəfindən Tiruçirapallı ərazisindən ələ keçirilən 250 litr saxta içki  və  onu hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*