“Sayfullo demişdi ki, Ukrayna sərhədində bizi adamlar gözləyəcəklər” – Terrorçuların ŞOK İFADƏLƏRİbackend

“Sayfullo söz vermişdi ki, Ukrayna sərhədində bizi adamlar gözləyəcəklər" - Terrorçuların ŞOK İFADƏLƏRİ

Rusiyanın “Pervı” telekanalı “Crocus City Hall” konsert zalına hücumda şübhəli bilinən şəxslərin istintaqa verdiyi ifadələri yayımlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, onlar Sayfullo adlı şəxsin təlimatlarıyla hərəkət etdiklərini etiraf ediblər. Təlimata görə, terrorçulara “işlərini bitirdikdən sonra” Rusiya-Ukrayna sərhədinə gəlmək və sərhədi piyada keçməl göstərişi verilibmiş.

Dalerjon Mirzoyevdən hücumdan sonra qrupun hansı planları olduğu soruşulduqda o, “biz Kiyevə doğru getməliydik” cavabını verib.

“Sayfullo bizə Ukraynaya, Kiyevə getməli olduğumuzu söylədi. Orada isə bir milyon rubl verəcəkdilər”, – Səidəkrəm Raçabalizoda bildirib.

Məhəmmədsobir Fayzov həmin məbləğin dörd nəfərin hər birinə söz verildiyini deyib: “Sayfullo söz vermişdi ki, Ukrayna sərhədində adamlar gözləyəcəklər və onlar  sərhədi keçməkdə kömək edəcəklər”.

“Pervı” telekanalı xəbər verib ki, Rusiya xüsusi xidmət orqanları terrorçuların keçidi üçün iki sərhəd-keçid dəhlizinin hazırlandığını müəyyənləşdirib. Həbs olunanların sözlərinə görə, onlar avtomobili sərhədə 4 km qalmış yandırmalı və Sayfullonun göstərişi ilə piyada getməli idilər.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*