Saymon Steel: “İnkişaf etməkdə olan ölkələrə kömək üçün innovasiya və resurslara ehtiyac var”backend

Saymon Steel: “İnkişaf etməkdə olan ölkələrə kömək üçün innovasiya və resurslara ehtiyac var”

“COP29 təkcə iqlimin maliyyələşdirilməsi üzrə yeni hədəfin müəyyən edilməsini deyil, həm də dünyada iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi zərurətini müzakirə edir”.

KONKRET.az xəbər verir ki, bunu  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Steel COP29-da İqlim Maliyyəsi üzrə altıncı Yüksək Səviyyəli Nazirlər Dialoqu zamanı bildirib. O, problemlərin həllinə konstruktiv yanaşmanın zəruriliyinə işarə edərək, maliyyənin iddialı iqlim fəaliyyətinin açarı olduğunu deyib: “Uyğunlaşma layihələrinə qrant və kredit şəklində daha çox vəsait daxil olmağa başlayıb. Ancaq vurğulamaq üçün vacib məqamlar var: artan şəffaflıq, əlçatanlıq və sərfəlilik. Biz maliyyəyə çıxışı asanlaşdırmaq, yollarını tapmaq üçün bütün imkanlardan istifadə etməliyik. Borc böhranının ortasında maliyyələşmə daha əlçatan ola bilər. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrə kömək etmək üçün daha çox innovasiya və resurslar gətirilə bilər. Beləliklə,  Bakıda söhbət təkcə iqlimin maliyyələşdirilməsi üzrə yeni hədəfin müəyyən edilməsindən getmir. Söhbət hər yerdə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsindən gedir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*