“Sberbank Rusiya” Qazaxıstana pul köçürmələrini dayandırdıbackend

“Sberbank Rusiya” Qazaxıstana pul köçürmələrini dayandırdı

“Sentyabrın 6-da Rusiyanın “Sberbank”ı kartlarla Qazaxıstana köçürmələri dayandırıb və əvvəllər göndərilən pullar sahiblərinə qaytarılıb”.

KONKRET.az xəbər verir ki, “Sberbank dəstək” xidmətinin jurnalistlərə verdiyi məlumata görə, pulların geri qaytarılma səbəbi köçürmələrin alıcı banklar tərəfindən qəbul edilməməsidir.

“Forte Bank”ın mətbuat xidməti bəyan edib ki, artıq Rusiya ilə köçürmələr həyata keçirilmir. Oxşar cavab “CenterCredit Bank”ın nümayəndəsindən də alınıb.

Eyni zamanda, Kaspi və Freedom Finance-in dəstək xidmətləri də bəyan ediblər ki, onların heç bir məhdudiyyəti yoxdur. Problemin səbəbi pul köçürmələrini səhv göndərən bankda axtarılmalıdır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*