“Səbail” Premyer Liqanı məğlubiyyətlə tərk etdibackend

“Səbail” Premyer Liqanı məğlubiyyətlə tərk etdi

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 36-cı turuna start verilib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Turun açılış oyununda elitanı tərk edəcəyi dəqiqləşmiş “Səbail” “Sumqayıt”ı qəbul edib. Qonaqlar bu oyunda darmadağına seviniblər.

“Şamaxı” – “Qarabağ” və “Sabah” – “Neftçi” oyunları sabah, “Turan Tovuz” – “Kəpəz” və “Araz-Naxçıvan” – “Zirə” görüşləri isə mayın 25-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
36-cı tur
23 may

“Səbail” – “Sumqayıt” 1:4
Qollar: Suleyman Alluş, 21 – Sertan Taşkın, 28. Georgi Xaraişvili, 59-pen. Ronaldo Vaskes, 79. Roi Kehat, 90+1.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov.
“ASCO Arena”, 19:30.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*