Məlum olduğu kimi, 1 sentyabrda ölkədə VII çağırış Milli Məclisin formalaşması üçün növbədənkənar parlament seçkiləri keçiriləcək.
KONKRET.az xəbər verir ki,hazırda namizədlərin təşviqat kampaniyası davam edir. Bu seçkilər həm də bir sıra ilklərin yaşanacağı seçki olduğu üçün maraq daha da yüksəkdir. Bu ilki parlament seçkiləri ilk dəfə olaraq bütöv Azərbaycanda keçiriləcək.
Qeyd edək ki, buna qədər sonuncu Prezident seçkiləri də ilk dəfə bütöv Azərbaycan ərazilərində baş tutub. Növbədənkənar parlament seçkilərində iştirak edən namizədlərin təbliğat-təşviqat kampaniyasında aktivliyin olması yeni formalaşacaq parlamentin işinin daha da yüksək səviyyədə olacağının göstəricisidir. Milli Məclisə seçkilərlə bağlı namizdələrin təşviqat kampaniyası Sumqayıt şəhərində də aktiv şəkildə aparılır.
45 saylı Sumqayıt dördüncü seçki dairəsində də namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Milli Məclisin deputatlığına namizədliyi bu dairədən irəli sürülmüş Səbinə Salmanovanın da seçki kampaniyası öz axarı və seçicilərin aktiv iştirakı ilə davam edir.
Deputatlığa namizdə Səbinə Salmanova bu gün ilk dəfə səs verəcək seçicilərlə görüşüb. Görüş faydalı və qarşılıqlı müzakirə formasında baş tutub. İlk dəfə səs verəcək gənclər onları maraqlandıran, düşündürən məsələlərlə bağlı deputatlığa namizəd Səbinə Salmanovanın mövqeyini öyrənib, öz baxışlarını namizədlə bölüşüblər. Gənclər görüşdən razı qaldıqlarını bildiriblər.
Qeyd edək ki, Səbinə Salmanovanın təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirdiyi görüşlər böyük izdihamla keçir. Gənclər, qazi və şhid ailələri, qadınlar və müxtəlif seçici kateqoriyasına aid olan vətəndaşlar bu görüşlərə xüsusi maraq göstərirlər.(cebheinfoaz)