Səbinə Salmanova vəfat etdi – FOTObackend

Səbinə Salmanova vəfat etdi – FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının Eksperimental psixologiya elmi-tədqiqat laboratoriyasının (ETL) böyük laborantı Səbinə Salmanova vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.

Səbinə Salmanova 1975-ci il martın 9-da Qərbi Azərbaycanın Urud kəndində anadan olub. 1997-ci ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. 2000-ci ildən Eksperimental psixologiya ETL-də böyük laborant işləyib. 2011-ci ildən Psixologiya kafedrasının “Ümumi psixologiya” ixtisası üzrə doktorantı, 2023-cü ildən saathesabı müəllimi olub.

Allah rəhmət eləsin!

BDU-nun böyük laborantı vəfat edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*