Şəbnəm Rusiyadan deportasiya edilib? – VİDEObackend

Şəbnəm Rusiyadan deportasiya edilib? - VİDEO

Müğənni Şəbnəm Tovuzlunun Rusiyadan deportasiya edildiyi iddia olunub.

KONKRET.az xəbər verir ki, bununla bağlı şayiələrə Şəbnəm özü cavab verib.

O, video paylaşaraq xəbərlərin yalan olduğunu söyləyib:

“Şayiələr yayırlar ki, “Şəbnəm xanım deportasiya edilib”. Allah etməsin. Heç vaxt elə bir şey olmasın. Hazırda da Qazaxıstandayıq, Aktau şəhərindəyik. Hava limanında hər kəsi saxlayırlar, tək mənim başıma gəlmir. İki-üç saat saxlayırlar.

Pasportumu yeniləmişdim, demək olar, yer qalmamışdı. Bu da onların diqqətini çəkmişdi. Sabah da Rusiyada toydayıq. Demək olar ki, toylarımız oradadır. Bir də belə bir şey olmasın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*