“Sədərək”dəki yanğında xəsarət alanların sayı AÇIQLANDIbackend

“Sədərək”dəki yanğında xəsarət alanların sayı AÇIQLANDI

24.08.2025-ci il tarixində saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

Bu barədə KONKRET.az-a TƏBİB-dən bildirilib.

Çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadasına ümumilikdə, 12 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Digər 9 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*