“Sədərək”də qanunsuz mallar satışdan çıxarıldı – FOTObackend

"Sədərək"də qanunsuz mallar satışdan çıxarıldı - FOTO

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə “Ford Fusion” markalı, nəqliyyat vasitəsində istifadəsi yüksək səs-küyə səbəb olan fişəng və pirotexniki vasitələrin daşınmasına dair əməliyyat məlumatı daxil olub.

KONKRET.AZ-ın əldə etdiyi xəbərə görə Dövlət Gömrük Komitəsindən bildirilib ki, məlumat əsasında Bakı şəhəri, “Sədərək” ticarət mərkəzinin “Şirniyyat” adlanan hissəsində dayanmış “Ford Fusion” markalı nəqliyyat vasitəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində və salonunda karton qutuların içərisində 6260 ədəd fişəng və pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*