Sədr vəzifəsini itirdilərbackend

Sədr vəzifəsini itirdilər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

KONKRET.az-ın məlumatına görə, sərəncama əsasən, İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilib. O, Şəmkir Rayon Məhkəməsinin hakimi təyin edilib.

İlqar Quliyev sədr vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu.

Bundan başqa, Toğrul Məmmədov da Goranboy Rayon Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*