Səfərbərlik Xidməti MƏLUMAT YAYDIbackend

Səfərbərlik Xidməti MƏLUMAT YAYDI

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə yanvar çağırışının gedişi ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasının, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin uğurla icra edildiyini iştirakçıların diqqətinə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına uyğun olaraq çağırışçıların qoşun növləri üzrə bölgüsünün həyata keçirildiyini, onların təyin olunduqları hərbi hissələrə göndərilməsi prosesinin yekunlaşmaqda olduğunu bildirib.

Mərkəzi Çağırış Komissiyasının iclasında Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər, həmçinin gündəliyə çıxarılan məsələlər müzakirə olunub.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

  • Asif
    Yanvar 25, 2024 - 20:21

    Saatlı rayon çolpı kənd sakini Gülməmmədov Asif Umudvar oğlu tərəfindən ərizə yazıb sizə bildirirəm ki mənim övladım Gülməmmədov Vasif Asif ölu baxmayaraq ki səhhətində problemlər var dəfələrlə KT MRT müanəsi zamanı bel yırtığı bel əyilməsi 5 mm sinir daralması olmağına baxmayaraq hərbi xidmətə yararlı yazılıb

    • RƏŞAD
      Yanvar 26, 2024 - 00:09

      Siz mənimlə əlaqə saxlayın
      050 338 57 97

  • Neman
    Yanvar 27, 2024 - 00:38

    Salam bir sualım var ödü çıxarılan adam əsgər gedir?

  • Ramin
    Yanvar 27, 2024 - 12:21

    Salam mən hərbi xidmətdə olmuşam 43 yaşım var istirem herbi xidmətdə işləyim,mümkündür?

  • Əli
    Yanvar 27, 2024 - 20:15

    Salam Sizə Teleqramda vurdum cavab vermədiz.Asma bronxit xestesini hansı qanuna əsasən aparırsız Hərbi xidmətə…Seferberlik xidmətinədə getdim dedilər sabah sizlə əlaqə saxlıyacaqlar.hələdə bir xəbər yoxdur Sizdən.

  • Garachanta
    Yanvar 28, 2024 - 20:17

    YARARSIZLARDAN ORDU QURMAQ OLMAZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*