Ötən gün gecə saatlarında vəkil Şəfiqə Nağıyevanı avtomobil vurub.
KONKRET.az xəbər verir ki, vəkil prodüser Tarix (Tolik) Əliyevin ad günündən çıxarkən qəzaya düşüb.
Ş.Nağıyeva həmin sürücüdən şikayətçi olmayacağını açıqlayıb.
“Ümid ilə gəl” verilişinin canlı efirində olan vəkil bu haqda danışıb:
“Xəstəxananın bütün heyətinə, polislərimizə təşəkkür edirəm. Anında gəldilər, maraqlandılar. Bu can mənim canım deyil, bunu Allah verib. Allah da lazım olanda məndən alacaq. Məsələ ondadır ki, sürücünün ağır xəstə olan anası var, ona baxır. Ailəsi, uşaqları da var. Ondan polisə şikayət etməyəcəm”.