Səfir: Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasının tarixi müzakirə olunurbackend

Səfir: Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasının tarixi müzakirə olunur

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilmə tarixi hələ də müzakirə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə report-un sualını cavablandıran Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.

Diplomat vurğulayıb ki, bu məsələ Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Rusiyaya səfəri zamanı da nəzərdən keçirilib:

“Bu məsələ ötən gün müzakirə olunub. Amma nəzərə alsaq ki, baş nazirin müavinləri, bu komissiyaların rəhbərləri müntəzəm olaraq – demək olar ki, ayda bir dəfə görüşürlər, əminliklə deyə bilərik ki, bu komissiya daim işləyir”.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti bu gün Kəlbəcərə səfərə yollanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*