Səfirdən SENSASİON AÇIQLAMA – Ukraynanın son zərbəsindən sonra…backend

Səfirdən SENSASİON AÇIQLAMA - Ukraynanın son zərbəsindən sonra...

ABŞ “Pautina” əməliyyatından sonra Rusiya-Ukrayna müharibəsindən dərs çıxarır

ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Brüsseldə verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsindəki gedişatın və xüsusilə “Pautina” əməliyyatı kimi hadisələrin ABŞ hərbi qüvvələri üçün mühüm dərslər verdiyini bildirib.

KONKRET.az xəbər verir ki, diplomat Ukraynada baş verənləri ABŞ-ın çox diqqətlə izlədiyini vurğulayıb.

Onun sözlərinə görə, müasir döyüşlərin sürətli dinamikası, pilotsuz uçuş aparatlarının artan rolu və texnologiyadakı dəyişikliklər ABŞ-ın hərbi strategiyalarını yenidən nəzərdən keçirməsini tələb edir: “Müasir müharibələrdən çıxarılan hər dərsi mənimsəməyə çalışırıq. Döyüşlərin inkişaf tempi, innovasiyaların tətbiqi və texnoloji çeviklik vacib faktorlardır. Bu dəyişikliklərə uyğunlaşma bacarığımız müdafiə qabiliyyətimiz üçün həlledicidir”, – deyə Uitaker bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*