Səfirliyə hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyevdən xəbər varbackend

Səfirliyə hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyevdən xəbər var

“Vasifin çiynindən aldığı güllə yarası sağalıb, amma qolunu tərpədəndə ağrıyır, eybi yox, bu, keçib gedər. Çənəsi isə hələ də sağalmır, artıq 6 aydır. Həkimlər də gözləyir ki, sümük birləşər, hələ birləşmir. Bu yaxınlarda yenidən əməliyyat olacaq. Ola bilsin ki, əməliyyat edəndə sümük əlavə etsinlər. Ağzındakı dəmirlər hələ çıxarılmayıb, amma normal danışa bilir. Sadəcə, ağrıları olur, rahat yemək yeyə bilmir. Yarasında iltihab var, incidir. Buna görə də həkimlər deyiblər ki, əməliyyat zamanı əlavə şuruplar götürülsün, yarası təmizlənsin. Bir-iki ay sonra da əməliyyat olacaq. Allaha şükür qalan hər şey yaxşıdır. İşə gedib-gəlir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva deyib.

T.Tağıyeva “vəzifəli şəxslərdən, deputatlardan Vasif Tağıyevlə maraqlanan, əlaqə saxlayan varmı?” sualına isə belə cavab verib:

“Məxfilik baxımından çox ziyarətlərə icazə vermirlər. Amma maraqlananlar var. Jurnalistlər zəng edirlər. Vasif bir müddət əvvəl Milli Məclisin sədr müavini Adil Əliyevlə görüşmüşdü. Razi Nurullayev də ziyarət etmişdi. Şuşanın deputatı Elman Məmmədov isə gəlməyib, yəqin işləri var, vaxtı olanda gələr. Başqa deputatlardan zəng edən yoxdur. Abşeron rayon icra başçısı Abdin Fərzəliyev, demək olar, hər gün zəng edir. Şuşa rayon icra başçısı Bayram Səfərov da tez-tez zəng edir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azər İsmayılova təşəkkürümüzü bildiririk. Heç bir narazılığımız yoxdur. Allah hamısının canını sağ eləsin. Əsas odur, Vasif yaxşı olsun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*