Səfurə İbrahimovanın qardaşı qızının ŞOK SƏS YAZISI yayıldı: “Bu öldü, yaxud it, vecimə deyil”backend

Səfurə İbrahimovanın qardaşı qızının ŞOK SƏS YAZISI yayıldı: “Bu öldü, yaxud it, vecimə deyil”

“84 yaşı var, yeyib-içib gəzib. Məni çürüdüb, bunun evində qalıram, imkansız adamam, məni yerdə yatızdırır. Deyirəm ki, ay bibi, sənin bankda 300 mindən çox pulun var, yatmaq üçün bir çarpayı al”.

KONKRET.az xəbər verir ki, bu fikirlərin müəllifi mərhum Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül İbrahimovadır. Tanınmış aktrisa Məlahət Abbasovanın Könül İbrahimovanı mərhum Xalq artistinin ölümündə günahlandırmasından sonra sonuncunun (Könül İbrahimovanın) gizli səs yazısı üzə çıxıb. Könül İbrahimovaya aid olduğu deyilən səs yazısında adıçəkilən şəxsin öz bibisinə ölüm arzuladığı açıq-aşkar eşidilir.

“Qonşu gəlir deyir ki, heç bir qohum bu qızdan başqa sənə sahib çıxmır. Deyirəm ay bibi, mağazadan zoğal mürəbbəsi al içim. Mənə deyir ki, orada heyva mürəbbəsi var, götür ye. Buna məndən başqa heç kim baxmır. Gül kimi evim var, gedə bilmirəm. Məni düşünmür. Deyirəm pul ver, gedim dərman alım. Milyonları yığmısan, çantasında 2-3 min pulu var, amma vermir. Bibim qızının övladı dərman alıb gətirir mənə. Ona görə də, “bu öldü, yaxud it” vecimə deyil, fərqi yoxdur mənə” – Könül İbrahimova məxsus səs yazısında qeyd olunur.

Xatırladaq ki, tanınmış aktrisa Məlahət Abbasova Xalq artisti Səfurə İbrahimovanın ölümündə onun qardaşı qızı Könül İbrahimovanı ittiham edib. M.Abbasova Könül İbrahimovanın xalq artistinin bankda olan 300 min manatını ələ keçirmək niyyətinin olduğunu iddia edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*