“Səhhəti pisdir, hərəkəti yoxdur” – Əməkdar artistin qızıbackend

"Səhhəti pisdir, hərəkəti yoxdur" - Əməkdar artistin qızı

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Novruz Qartal xəstəxanadan evə buraxılıb.

KONKRET.az xəbər verir ki, bu haqda teleqraf-a aktyorun qızı İlahə Əbdülləliyeva məlumat verib.

“Ötən gün xəstəxanadan çıxardıq. Evdə müalicəsi davam edir. Səhhəti yaxşı deyil, həkim dedi ki, evə aparın. Hərəkəti yoxdur, yataqdadır. Hərdən huşu gedir, özünü yaxşı his etmir. Anam da xəstə olduğuna görə, atamı öz evimə gətirdim”.

Qeyd edək ki, əməkdar artist Milli Onkologiya Mərkəzində əməliyyat edilib. O, bağırsaq xərçəngindən əziyyət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*