Ailə başçısına şəhid statusu verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də pensiya məbləği ödəniləcək.
KONKRET.az xəbər verir ki, bu, “Əmək pensiyası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçirilən iclasında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib.
salam mən isgəndərova Nəzifə Cahangir qızı 1961 ci il 02.07-də anadan olmuşam.Həyat yoldaşım 1994 cü ildə şəhid olub,hazırda Socarda işləyirəm təqaüdə çıxmağıma az qalıb mənim əmək pensiyam necə hesablanacaq,xahiş edirə cavablandırın,təşəkkür edirəm