Şəhid atası vəfat etdi – FOTObackend

Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Anar Əmirovun atası dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, şəhidin atası Allahverdi Əmirov xəstəlik səbəbindən vəfat edib.

O, Füzuli rayonu Əhmədalılar kənd məzarlığında dəfn edilib.

Qeyd edək ki, 2000-ci ildə Sabirabadın Bulaqlı kəndində anadan olan Anar Əmirov 2020-ci ilin oktyabrın 20-si Zəngilan istiqamətindəki döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*