Şəhid Elşən Məmmədovun evindən FOTOLARbackend

Şəhid Elşən Məmmədovun evindən FOTOLAR

Şəhidimiz Elşən Məmmədovun yaşadığı evdə bu gün böyük izdiham var. Bura çoxlu insan gəlib, hər yerdə Azərbaycan bayraqları asılıb.

KONKRET.azın Gəncə-Qazax bürosunun verdiyi məlumata görə, hazırda onun son mənzilə yola salınmasına hazırlıq işləri görülür.

Şəhidin dəfn mərasiminə qatılmaq üçün yerli sakinlərlə yanaşı rəsmi şəxslər də gəlib.

38 yaşlı Elşən Məmmədov Tovuz rayonunun Qaziqulu kənd qəbristanlığında dəfn ediləcək.

Məlumat üçün bildirək ki, erməni təxribatı nəticəsində şəhid olan müddətdən artıq xidmət keçən hərbi qulluqçumuzun 3 övladı var.

Kamil Məmmədov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*