Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Eşqin Hüseynov dəfn olunub.
KONKRET.az xəbər verir ki, onun cənazəsi bu dəqiqələrdə Hunanlar kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və kənd sakinləri iştirak ediblər.
***
15:04
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilir.
KONKRET.az-ın məlumatına görə, yaşadığı evdə keçirilən vida mərasimində döyüş yoldaşları, ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhidimiz doğulduğu Tovuz rayonunun Hunanlar kəndinin qəbiristanlığında dəfn olunacaq.