Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Murad Xəlilov dəfn edilib.
KONKRET.az xəbər verir ki, o, Şəmkir Şəhidlər xiyabanında böyük izdihamla son mənzilə yola salınıb.
Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər və sakinlər iştirak ediblər.
Şəhidin xatirəsinə yaylım atəşi açılandan sonra onun nəşi torpağa tapşırılıb.
Allah rəhmət eləsin!…
***
11:27
Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində Şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib.
KONKRET.az xəbər verir ki, şəhidlə vida mərasimi 12:00 da rayonun Çinarlı qəsəbəsində vkeçiriləcək.
Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub.
Allah rəhmət eləsin!