Şəhidimiz torpağa tapşırıldı… – FOTOLARbackend

Şəhidimiz torpağa tapşırıldı... - FOTOLAR

Azərbaycan Ordusunun Vətən müharibəsində ağır yaralanaraq 6 aydır koma vəziyyətində qalan və bu gün şəhid olan hərbi qulluqçusu Nurlan Fərrux oğlu Əbilovun cənazəsi doğulduğu Masallı rayonunun Şərəfə kəndinə gətirilib.

KONKRET.az report-a istinadən xəbər verir ki,  vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

O, doğulduğu Şərəfə kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 1994-cü il avqustun 4-də Masallı rayonun Ağakişibəyli kəndində anadan olan N.Əbilov Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. O, oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

N.Əbilovun 3 və 5 yaşlarında iki oğlu yadigar qalıb.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*