Şəhidimizin son sözləri “Qalatasaray”ın matçında səsləndiriləcək – FOTObackend

Şəhidimizin son sözləri “Qalatasaray”ın matçında səsləndiriləcək - FOTO

Türkiyənin “Qalatasaray” klubunun oyunlarının birində İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunov və Murad Məmmədov yad ediləcək.

Bu barədə tanınmış idman jurnalisti Gündüz Abbaszadə feysbuk səhifəsində yazıb.

O bildirib ki, İstanbul təmsilçisinin prezidentinin köməkçisi Yusuf Günayla danışıb:

“Prezidentin köməkçisi mənə dedi ki, növbəti oyunlardan birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək. Fərid yazılan forma ilə oyuna çıxacaqlar. Ailəsi komandanın oyununa dəvət ediləcək. Klub şəhidimizin məzarını da ziyarət edəcək”.

Abbaszadə klub rəsmisinin şəhid ailələrinin əlaqə nömrəsini istədiyini bildirib.

Qeyd edək ki, Fərid Dursunov və Murad Məmmədov “Qalatasaray” azarkeşi olub. Dursunov vəfat etməzdən əvvəl “Şəhid olsam, məzarımda “Qalatasaray” bayrağı da olsun” ifadəsini işlədib.

Məmmədovun isə səs yazısı yayılıb. O, həmin səs yazısında bu ifadələri işlədib:

“Bu, “Qalatasaray” sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbr evinə qədər gedəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*