Şəhidin həyat yoldaşı: “Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu uşaqlara xərcləsin” – VİDEObackend

Şəhidin həyat yoldaşı: "Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu uşaqlara xərcləsin" - VİDEO

ATV-nin “Bizimləsən” proqramına qonaq olan Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova hər kəsi göz yaşına boğub.

KONKRET.az xəbər verir ki, Əzizə, Farizin bərbərə getmədiyini, hətda saçını özü kəsdiyini bildirib:

“Həyat yoldaşım uşaqlar dünyaya gəldikdən sonra bərbərə getmədi, saçını özü kəsirdi. Dedi ki, ona verdiyim pulu uşaqlar üçün nəsə alarsan. Özü ac qalardı, amma uşaqlara heç vaxt korluq çəkdirməzdi. O Şəhid olduqdan sonra, saçını kəsdiyi maşınkanın üzərində saçının telləri qalmışdı. Qıymadım onu atmağa. Götürdüm, adımızın baş hərflərini yazdırdım”.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*