Şəhidin qızı rəqsini atasına ithaf etdi – VİDEObackend

Şəhidin qızı rəqsini atasına ithaf etdi - VİDEO

44 günlük Vətən müharibəsində şəhid olan Mehrab Niftəliyevin qızı Ləman Niftəliyeva Təhsil Nazirliyinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan “Zəfər” düşərgəsində rəqs edib.

KONKRET.az-ın məlumatına görə, L.Niftəliyeva qeyd edib ki, ona rəqs etməyi atası öyrədib:

“Kiçik yaşlarımdan rəqsə həvəsim var. Atam hələ kiçik yaşlarımdan mənə rəqs etməyi öyrədib. İfa edəcəyim rəqsimi atama həsr edirəm”.

Qeyd edək ki, M.Niftəliyev ötən il noyabrın 8-də Şuşa uğrunda döyüşlərdə şəhid olub.

O, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*