İyulun 12-də Ermənilərin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olan 12 hərbi qulluqçusu arasında gizir Yaşar Babayev də var idi.
Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün düşəmənlə mübarizə apararkən 8 ildi yolunu gözlədiyi qızı dünyaya gəlib.
Ən təsirli məqamlardan biri budur ki, Yaşar Babayevin qızı atası şəhid olan gün doğuıub.
KONKRET.az xəbər verir ki, Ata sevgisindən məhrum olan balaca Narını bu gün doğulduğu xəstəxanadan şəhid gizirin uğrunda canından keçdiyi bu ölkənin insanları çıxarıb.
Şəhid ailəsinə diqqətini əsirgəməyən Nuranə Səfərova, Nuranə Karakurt, Çinarə Məmmədova xeyriyyəçi xanımlar daim onların yanında olacağını bildiriblər. Qeyd edək ki, xeyriyyəçilik aksiyasına “Ufaklık” uşaq geyimləri mağazasının müdiri Nöfəl Abışov da qoşulub.
AYDIN,
KONKRET.az