“Biz ən sadə həqiqəti başa düşsək, səhvimizi düzəldə və Ermənistanı şərti Spartaya çevirə bilərik”.
KONKRET.az xəbər verir ki, bunu erməni İranşünas Vardan Voskanyan telegram kanalda yazıb.
“Ermənistan-Azərbaycan münaqişəsinin, təəssüf ki, hər iki tərəf üçün məqbul sülh yolu ilə nizamlanması perspektivi olmayıb və yoxdur.
Azərbaycan Ermənistanın paytaxtına qarşı şəffaf şəkildə eyham vurmaqdan çəkinmədi.
Siyasi və intellektual elitamızın ən kobud səhvi ondan ibarət idi ki, onlar bir-birini istisna edən iki dövlətin dinc yanaşı yaşama imkanını mümkün hesab edirdilər.
Halbuki Bakı heç vaxt belə illüziyalara qapılmayıb.
Ən sadə həqiqəti dərk edib, səhvimizi düzəldə bilsək, Ermənistanı şərti Spartanı məğlub etməyə qadir bir ölkəyə çevirə bilərik. O zaman biz Ermənistan dövlətçiliyini təbliğ və inkişaf etdirə biləcəyik.
Əgər bunu bacarmasaq, təcavüzkarlar Ermənistan və Qarabağı yeyəcək, xalqımızın bir hissəsini “soyqırım”a və deportasiyaya məruz qoyacaqlar. Faktiki, özümüzə ağır ölüm üçün bir qəbir hazırlayırıq”, – deyə Voskanyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az