“Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ…backend

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Globalinfo.az-a etibarlı mənbədən məlumat daxil olub.

Bildirilir ki, ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib. Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb.

“Şəki” restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.

Qeyd edək ki, “Şəki” restoranı Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası səbəbindən sökülüb.

Xatırladaq ki, Nərimanov rayonu ərazisində daha bir məşhur iaşə obyekti – “Şuşa” restoranı sökülüb. Sahibinin iddiasına görə, ona kompensasiya olaraq 3 milyon verilib. Obyekt sahibi bu məbləğə görə narazılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*