Şəki Şəhər İcra Hakimiyyəti başçısının nümayəndəsinin eks-müavini ilə bağlı QƏRARbackend

Şəki Şəhər İcra Hakimiyyəti başçısının nümayəndəsinin eks-müavini ilə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rizvan Quliyevin (soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin Tahirovin keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Şəki Rayon Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq), 178.2.3 və 178.2.4-cü maddələri ilə ona 1 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub.

İttihama görə, Rizvan Quliyev 01 noyabr 2012-ci il tarixdən 11 iyul 2023-cü il tarixədək Şəki Şəhər İcra Hakimiyyəti başçısının Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyib. O, işlədiyi müddətdə 4 vətəndaşa qarşı dələduzluq edib.

Belə ki, rayon ərazisində 2 nəfərə torpaq satacağı, 1 nəfəri Şəki rayonu, Bolludərə kənd bağçasında xadiməçi, 1 nəfəri isə həmin kənd kitabxanasında kitabxanaçı işinə təyin olunmasına köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib. Rizvan bu yolla həmin şəxslərdən ümumilikdə 28 300 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Şəki Rayon Məhkəməsinin hökmü ilə o, 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*