Şəkidə 4 otaqlı evdə yanğın oldubackend

Şəkidə 4 otaqlı evdə yanğın oldu

Şəkidə 4 otaqlı fərdi yaşayış evi yanıb.

KONKRET.az xəbər verir ki, bu gecə saat 3 radələrində rayonun Baş Göynük kəndində yaşayış olmayan və sahibi bilinməyən ümumi sahəsi 360 m² olan ikimərtəbəli 4 otaqdan ibarət evdə yanğın olub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsi üçün Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğının genişlənərək ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*