Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdırbackend

Şəkidə 9 yaşlı uşağı avtomobil vurdu, vəziyyəti ağırdır

Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Şəki şəhərində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Haqverdizadə Şahin Çingiz oğlunu vurub. Yaralı əvvəlcə Şəki Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır. Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*