İtaliya Prokurorluğu Baş nazir Corciya Meloni də daxil olmaqla qadın siyasətçilərin və jurnalistlərin şəkillərinin yer aldığı pornoqrafik saytla bağlı araşdırmaya başlayıb.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
Qeyd olunub ki, Meloni insidenti iyrənc adlandırıb və günahkarların son dərəcə ciddi cəzalandırılmasını tələb edib.
Xatırladaq ki, ötən həftə bağlanana qədər saytın 700 mindən çox abunəçisi olub. Fotolar qadınların razılığı olmadan sosial mediadan, ictimai mənbələrdən və “OnlyFans” hesablarından götürülüb və sonra cinsi pozalar yaratmaq üçün redaktə edilib.