Səkkiz yaşında çıxdığı Cəbrayılı 30 il sonra azad edən zabitimiz… – VİDEOREPORTAJbackend

Səkkiz yaşında çıxdığı Cəbrayılı 30 il sonra azad edən zabitimiz... - VİDEOREPORTAJ

Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid baş leytenant Elçin Əzizovdur.

KONKRET.az report-a istinadən xəbər verir ki, o, 1985-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

Cəbrayıl rayonu işğal olunanda Əzizovlar ailəsi doğma yurd-yuvalarından didərgin düşərək Bakıda məskunlaşıblar. Elçin Əzizov 2002-ci ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinə qəbul olub və 2006-cı ildə oranı bitirib. Lakin ali təhsilini bitirəndən sonra Elçin hərb işini seçib.

O, 2016-cı ildə Aprel döyüşlərinin fəal iştirakçısı olub.

Baş leytenant Əzizov bu il oktyabrın 13-də elə doğulduğu torpaqlar – Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, II Fəxri xiyabanda dəfn olunub.

Elçindən yadigar 2 oğlan, 1 qız övladı qalıb.

Elçin dəfələrlə medallar və fəxri fərmanlarla təltif edilib. Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən Uğrunda” medalı ilə təltif edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*