SEKS və KOFE: Bir vaxt bu içkini HOMOSEKSUALLIĞA səbəb bilirdilər – ƏTRAFLIbackend

SEKS və KOFE: Bir vaxt bu içkini HOMOSEKSUALLIĞA səbəb bilirdilər - ƏTRAFLI

İnsanların qəhvədən istifadəsi XII əsrə təsadüf edir. Amma intim münasibət elə insanlıq yaranandan var. Kofe ilə seks arasında maraqlı müqayisələr mövcuddur. 2-3 yüzillik əvvəl qadınlar bu içkini kişilərin zəifliyi və homoseksuallaşmasında günahkar sayırdılar. Lakin sonradan məlum oldu ki, qəhvə seksual enerji və dözümlülüyü artırır:

– XVI əsrdə Venesiya və Türkiyədə kişilərin homoseksuallığına kofedən istifadənin səbəb olduğu iddia olunurdu;

– XVII əsrdə İngiltirədə iddia edirdilər ki, kofe kişilərin seksual istəklərini azaldır;

– XVIII əsrdə kofedən intim fəallığın artırılması naminə istifadə olunurdu. Hətta qadınlar ərlərinə qəhvə içməyi qadağan edirdilər ki, xəyanət yaşamasınlar. Qadınlar da kofe içəndən sonra isə bu içki boşanma səbəbinə dönüşdü. Yəni evinə kofe ala bilməyən kişilər həyat yoldaşları tərəfindən tərk edilirdi;

– Ötən əsr Fransa, İtaliya, İspaniya, İsveçrə kimi ölkələrdə kofe aparatlarının çoxu əxlaqsızlıq yuvalarında quraşdırılırdı. Orada çalışan qadınlarda qəhvə asılılığı yaranmışdı;

KONKRET.az xəbər verir ki, müasir dövrdə kofe ilk görüşdə sifariş olunan içkidir. Əksər kişilər xanımlarda intim maraq yaratmaq üçün görüşdə spirtli içkiyə üstünlük verirlər. Amma bu həzz kofe qədər zövqverici deyil.

Alimlərin tədqiqatlarına görə, hər gün 1 fincan kofenin içilməsi yaşlı adamlarda da seksual fəallığı artırır. Qəhvənin normal səviyyədə qəbulu faydalıdır. Sevişmək anında yuxulayanlar 1 fincan qəhvə içsələr, problemləri həll olunar. Bircə espressodan sonra dişlərinizi yumağı unutmayın. Çünki kofe qoxulu nəfəs elə də seksual təəssürat bağışlamır. Kofe “Viaqra” olmasa da, adamın görmə qabiliyyətini də azaltmır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*