Selena Qomesin əllərini yuduğu kadrları 5 milyondan çox insan izlədibackend

Selena Qomesin əllərini yuduğu kadrları 5 milyondan çox insan izlədi

27 yaşlı amerikalı müğənni Selena Qomes İnstagramda əl yuma ilə koronavirusa qarşı mübarizədə iştirak edib.

KONKRET.az xəbər verir ki, ulduz yazıçı Arianna Huffingtondan estafet alıb və bunu model Gigi Hadidə, hip-hop müğənnisi Cardi Biyə və aktrisa Oliviya Ualda ötürüb.

Müğənninin şəxsi bloqunda yayımladığı videoda Qomes əllərini kranın altında isladır, sonra maye sabunla bütün dırnaqlarını və hər barmağını diqqətlə yuyur.

 

Belə sadə bir videoya gün ərzində 5 milyondan çox insan baxıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*