Selin vurduğu zərər 500 milyon avronu KEÇDİ – FOTOLARbackend

Selin vurduğu zərər 500 milyon avronu KEÇDİ - FOTOLAR

Sloveniyada güclü leysan yağışları sel fəlakətinə səbəb olub.

Nəticədə ağaclar aşıb, körpülər uçub, yollar dağılıb.

KONKRET.az xəbər verir ki, Sloveniyanın baş naziri Robert Qolob daşqınların vurduğu zərərin 500 milyon avronu keçə biləcəyini açıqlayıb.

Ölkə tarixinin ən dəhşətli təbii fəlakəti ilə üzləşdiklərini deyən Qolob, infrastrukturun, eləcə də minlərlə ev və iş yerinin zərər gördüyünü bildirib.

Ərazilərdə qapalı qalan vətəndaşlar helikopterlər və qayıqlarla təxliyə edilib.

Bildirək ki, ölkənin üçdə ikisi daşqınlardan ciddi zərər görüb.

Ayan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*