Səmərqənd məktəblərinin həyətində qəssab dükanının açılmasının səbəbi izah edildibackend

Səmərqənd məktəblərinin həyətində qəssab dükanının açılmasının səbəbi izah edildi

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir neçə gün əvvəl Səmərqənddəki 24 nömrəli orta məktəbin ərazisində ət satmağa başlayıblar. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, cavabdeh qurumlar bu faktla bağlı audit keçiriblər.

Məktəbdə qoyun ətinin satılması barədə noyabrın 12-də sosial şəbəkələrdə məlumat yayılıb. Təhsil ocağında “qəssab dükanı”nın açılması istifadəçilərin sərt reaksiyasına səbəb olub. Hadisəni Səmərqənd regional xalq təhsili idarəsinin nümayəndələri, Səmərqənd şəhər dövlət Sanitariya-epidemiologiya Nəzarəti Mərkəzinin mütəxəssisləri ilə birlikdə şəhər baytarlıq tibb və heyvandarlığın inkişafı şöbəsi araşdırıb.

Ət satışını (mesajda deyildiyi kimi qoyun deyil, mal ətinin) açan “sahibkar”ın bu məktəbin texnologiya müəllimi olduğu ortaya çıxıb. bir gün əvvəl, yəni noyabrın 11-də həmin müəllim Səmərqənd vilayətinin Payarık rayonunun “Dilnosa” Məhdud Məsuliyyətli Cəmiyyətində qardaşı tərəfindən böyüdülmüş bir buğanı kəsib.

Digər müəllimlərin xahişi ilə onlara ətin bir hissəsini satıb. Eyni zamanda, Səmərqənd regional xalq təhsili idarəsinin mətbuat xidmətinшт bildirdiyi kimi, piştaxta təhsil binasının 150 metrliyində quraşdırılıbmış. Müəllimlər əti nisyə alıblar və pulunu əmək haqqından hissə-hissə ödəyəcəklər.

Yoxlama aparan işçi qrup müəyyən edib ki, heyvan “Dilnosa” MMC-nin kəsim otağında kəsilib və bu barədə Payarık rayonunun Baytarlıq tibb və heyvandarlıq inkişafı şöbəsinin 027298 nömrəli sertifikatı var.

Bununla belə, ticarət iştirakçıları ilə ət satarkən sanitar normalara əməl edilməməsi barədə izahlı söhbət aparılıb. Müəllimlər və məktəb rəhbərliyi xəbərdarlıq alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*